Saat:19:42
Haqqımızda

"Qərb Ermənistanın qarşısında şərtlər qoyub" - Kiviryan

2023-11-20 23:57:02

“Qərb uzun müddətdir ki, Ermənistanın qarşısında bir sıra şərtlər qoyub. Ermənistanın indiki hakimiyyəti bu şərtləri yerinə yetirir və KTMT ətrafında mövcud vəziyyət də bu məntiqə uyğundur”.

Hurriyyet.Az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanı regiondan çıxarmağa və İranın bura daxil olmasına imkan verməməyə çalışır.

“KTMT missiyası baş tutsa, Ermənistana heç bir ziyan dəyməyəcək. Üstəlik, bu, Aİ müşahidəçilərinin mövcudluğunu balanslaşdıracaq. Ermənistan hakimiyyəti bildirir ki, İrəvanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil, lakin bu o demək deyil ki, belə bir vəziyyət nə vaxtsa yaranmayacaq. Hər şey regionda və dünyada baş verən proseslərdən asılı olacaq. Əgər Rusiya zəifləsə, o zaman İrəvan KTMT-ni və Moskva ilə əlaqəli digər təşkilatları tərk edə bilər”, –  deyə Kiviryan bildirib.

O qeyd edib ki, eyni zamanda heç kim Ermənistana alternativ təhlükəsizlik təminatı təklif etmir.

“Ermənistan hakimiyyəti də bunu başa düşür, sadəcə olaraq, onların vecinə deyil, çünki onlar yalnız öz planlarını həyata keçirməyə çalışırlar. Nə NATO, nə də ABŞ Ermənistana təhlükəsizlik təminatının verilməsi məsələsini öz gündəliyinə daxil etməyib. Azərbaycan  Qərb üçün erməni xalqının maraqlarından daha əhəmiyyətlidir”, – deyə Kiviryan qeyd edib. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.259187