Saat:03:23
Haqqımızda

"Qərb dövlətləri Rusiyanın planlarından xəbərdardır" - SAMİR HÜMBƏTOV

2023-02-03 12:04:00

"Lavrovun deməyindən belə qənaətə gəlmək olar ki, Rusiya Ukraynada qalib gələrsə, Moldovanı hədəf alacaq"

"Rusiya Ukraynadan sonrakı hədəfini işarə etdi. Rusiya XİN başçısı Sergey Lavrov verdiyi açıqlamada Ukraynadan sonra digər anti-Rusiya mövqeli dövlət olaraq Moldovanı və onun rəhbəri Maria Sandunu göstərdi. Yəni, Lavrovun deməyindən belə qənaətə gəlmək olar ki, Rusiya Ukraynada qalib gələrsə, Moldovanı hədəf alacaq". Hurriyyet.az xəbər verir ki, bunu "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov qeyd edib.

Politoloqun sözlərinə görə, Lavrov həm də bildirib ki, Moldova da NATO-ya daxil olmaq istəyir: "Bir müddət öncə Qərbin Ukraynaya niyə dəstək verməyə məcbur olduğunu cavablandırarkən bildirmişdim ki, Rusiya Ukraynada qalib gələrsə, növbəti hədəfləri Moldova və Baltikyanı ölkələr olacaq. Görünənlər ondan ibarətdir ki, Qərb dövlətləri Rusiyanın planlarından xəbərdardır və onun qarşısını almaq üçün Ukraynaya məcburi də olsa, dəstək verməli olacaqlar. Əgər Qərb dövlətləri Ukraynaya kifayət qədər dəstək verməsələr itkiləri ondan az olmayacaq".

Samir Hümbətovun fikrincə, ABŞ tərəfi bütün bu itkilərin nə dərəcədə və hansı vəziyyətdə olduğunu hesablayıblar: "Həmçinin, ABŞ-nin Ukraynaya tətbiq etdiyi Lend-Liz (Ukraynaya silah-sursat, hərbi texnika və umanitar yardım) qərarının da qüvvədə qalacağını düşünürəm".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR