Qərb bizə görə Türkiyə ilə savaşacaq? - Sərkisyan

2023-01-14 09:44:00

Qərb bizə görə Türkiyə ilə savaşacaq? - Sərkisyan

Ermənistanın kollektiv Qərbdən hər hansı illuziya və yüksək gözləntisi olmamalıdır.

Hurriyyet.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri erməni politoloq Suren Sərkisyan deyib.

“Ermənistanda yanlış fikir var ki, Qərb gəlib ölkəni hərbi mənada qoruyacaq. Burada bir neçə sual ortaya çıxır. Nə üçün Qərb bizi Türkiyədən – özünün strateji partnyorundan qorumalıdır?” - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistanın KTMT-dən hipotetik çıxışının ölkəni NATO, yaxud Avropa Birliyinə üzv edib-etməyəcəyini sorğulamaq gərəkdir:

“Gözümüzün önündə KTMT, Aİİ və ya MDB üzvü olmayan, Avropa İttifaqına inteqrasiya etməyə çalışan ölkələrin təcrübəsi var: Gürcüstan, Ukrayna, Moldova...

Gürcüstan uzun illərdir ki, NATO və AB-nin qapısını döyür, bu inteqrasiya üçün çox işlər görüb, ordusunu, idarəetmə sistemini, iqtisadiyyatını Qərb standartlarına uyğunlaşdırıb. Amma hələ ki, vəziyyət irəli getməyib”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.132396