Qərargah rəisi intihar etdi
2025-03-15 11:10:05

Bu gün səhər saatlarında Ağdaş rayonunda intihar hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Mülki müdafiə qərargahının rəisi 1987-ci il təvəllüdlü Anar Kərimzadə özünü asaraq intihar edib.
Onun meyiti yaşadığı evin həyətində aşkar edilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Qafqazinfo.az
