Saat:08:09
Haqqımızda

QƏLƏBƏ PARADINDA HANSI MESAJ VERİLDİ?! - TURAB RZAYEV YAZDI

2021-09-20 20:58:00

QƏLƏBƏ PARADINDA HANSI MESAJ VERİLDİ?! - TURAB RZAYEV YAZDI

SƏMƏD KÖNLÜMÜZDƏDİR!

Detallar çox önəmlidir.

Dövlət Sərhəd Xidməti Qələbə paradında bu mahnının sədaları altında addımlamışdı:"Səməd Könlümdədir".

Bu şeir İranda fars şovinist dövlət qurumları tərəfindən qətlə yetirilən dünyada məşhur Azərbaycan yazıçısı Səməd Behrəngiyə ithaf olunub. Sözləri Cənubi Azərbaycanın digər milli şairi Əlirza Nabdil Oxtaya, Musiqisi Səid Rüstəmova aiddir. Mahnını mənim yaddaşımda əbədi qalacaq şəkildə, bu yaxınlarda rəhmətə gedən Yaqub Zurufcü möhtəşəm ifa edirdi.

Səməd yaşayacaq. Səməd ürəklərdədir. Səməd öz sevimli Təbrizi də öz sevimli dilində tədris olunacaq!

Mahnı belədir:

Oxudu qaranquş ayrılıq sözün,

Mürüvvət əhlinin gözü yoldaykən.

Cumdu tufanlara, unutdu özün,

Ulduza nə cavab verəcəyəm mən?

Düşmən tənə vursa, Səməd hardadır,

Əlimi sinəmə çalıb deyərəm -

Səməd könlümdədir, ürəyimdədir,

Döyüşər, ölsə də dönməz elindən.

Qışda qarlı dağlar soraqlasalar

Təbrizin gül oğlun, mehriban oğlun.

Bir haray çəkərəm - Ey uca dağlar

Axtarın Arazın Çənlibelindən.

Onun sədaqəti can verir bizə.

Əlili eşqindən ilham alırıq.

Hər dəqiqə baş çəkir ürəyimizə.

Müğayatlıq edir öz əkdiyindən.

Bu bir nağıldır ki, ellər söyləyər,

Bir səsdi, düşsə də o biri deyər.

Nağılçı dayanar, söz davam edər,

El üçün yaşayar burda bəslənən.

Söyləyən gedəcək, sözü qalacaq,

Ədalət nağılın el doğduracaq,

Zülm evi ədlinən bərbad olacaq,

Səmədi qarşıda görəcək düşmən.

Səməd Behrəngi (24 iyun 1939 — 31 avqust 1967) — müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq kitabı ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitabları ilə yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirmişdir.

1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. \\Azerforum.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR