Saat:11:07
Haqqımızda

QƏLBDƏN KEÇƏN SƏTİRLƏR - Şeir

2024-04-15 11:36:23

QƏLBDƏN KEÇƏN SƏTİRLƏR - Şeir

Ömür gəlib ötüb, keçər yel kimi,
Tez qırılan tükdü, nazik tel kimi,
Ən xeyirxah o gözlərdir sel kimi,
El dərdinə dolar, ağlar, nəmlənər.

Şər,nadürüst tökmək üçün qan gəzər,
Axmaq xoruz vaxtsız ötər ban, gəzər,
Düşmən sənin yoxluğunda şən gəzər,
Dost o kəsdir görməyəndə qəmlənər.

Bu dünyaya nəzər etsən maraqçun,
Binəvaya tikə verməz doymaqçun,
Harınlamış, dövlətli bir qonaqçun,
Görərsən ki, qazanla aş dəmlənər

Qurbanıyam mərifətdən qananın,
Böyükləri böyük bilib, sananın,
Dəyanətli, mərd atanın, ananın,
Kəraməti düz övladda cəmlənər.

ŞAMİL

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.222432