Qəhvənin beyin üçün gizli təhlükələri... - Xəbərdarlıq

2022-01-15 14:07:00

Qəhvənin beyin üçün gizli təhlükələri... - Xəbərdarlıq

Qəhvə spirtli və şəkərli içkilərlə birlikdə beynin zədələnməsinə səbəb ola bilər.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bu barədə Eat This, Not That nəşrində qeyd olunub.

Amerikalı dietoloqların fikrincə, qəhvənin normadan artıq istifadəsi orqanizm üçün ziyanlıdır. Belə ki, gündə altı fincandan çox qəhvə içmək beyinin koqnitiv geriləmə ilə xarakterizə olunan kiçilməsinə səbəb ola bilər. Həkimlər həmçinin çay və şokoladdan normadan artıq istifadə etməməyi də məsləhət görüblər.

Bundan əlavə, məqalədə deyilir ki, spirt kimi şəkərli içkilər də beyin hüceyrələrini öldürə bilər.