Qəddafinin qəddarcasına qətli - Qərb Liviyada çiçəklənən sosializmin axırına necə çıxdı

2022-05-12 18:12:00

Qəddafinin qəddarcasına qətli -  Qərb Liviyada çiçəklənən sosializmin axırına necə çıxdı

Qəddafi dolların hakimiyyətinə tabe olmaq istəmirdi, “yezidlər” isə ilk növbədə onun Afrikaya su gətirəcək layihəsini yox elədilər.

Hurriyyet.org xəbər verir ki, on bir il bundan əvvəl 2011-ci il oktyabrın 20-də Qərb kəşfiyyatının planladırdıqları çevriliş aktı nəticəsində Liviyanın dövlət başçısı Müəmmər Qəddafi (Müəmmər əl-Qəzzafi) dünyanın gözü qarşısında vəhşicəsinə qətlə yetirilmişdir. Belarus prezidenti Lukaşenko bu qətl hadisəsi barədə deyir: “Qəddafini vəhşicəsinə öldürənlər elə-belə, küçədən keçən gədələr deyildi, onlar xüsusi kəşfiyyat orqanlarının əməkdaşları idilər”.

  1. Hakimiyyətə gələn kimi o, transmilli beynəlxalq korporasiyaları ölkədən qovdu.
  2. NATO-nun hərbi bazalarını bağladı.
  3. Adambaşına düşən ÜDM – 14 192 dollar idi.
  4. Dövlət ailənin hər bir üzvünə ildə 1000 dollar dotasiya xərcləyirdi.
  5. İşsizliyə görə müavinət — 730 $.

6. Tibb bacısını maaşı — 1 000 $.

7. Yeni doğulan hər bir uşağa verilən vəsait -  7 000 $.

8. Yeni evlənənlərin mənzil alması üçün 64 000 $ verilirdi. 9. Şəxsi biznesin açılması üçün birdəfəlik maddi yardım— 20 000 $.

10. İri məbləğli vergilər və yığımlar qadağan edilmişdi.

11. Təhsil və tibb pulsuz idi.

12. Xaricdə təhsil və təcrübə dövlət vəsaiti hesabına idi.

13. Çoxuşaqlı ailələr üçün əsas qida məhsulları simvolik qiymətlərlə satılan mağazalar şəbəkəsi yaradıldı.

14. İstehlak müddəti ötmüş ərzaqların satışına görə böyük cərimə cəzaları verilirdi və bunu törədənlər polis məntəqəsinə aparılırdı.

15. Apteklərin bir qismində dərmanlar pulsuz satılırdı.

16. Saxta dərman hazırlanması – edamla cəzalandırılır.

17. Mənzil haqqı ödənilmirdi.

 18. Elektrik enerjisi pulsuz idi.

 19.Alkoqolun satışı və içilməsi qadağan idi – “quru qanun”.

20. Avtomobil və mənzil almaq üçün kreditlər faizsiz idi.

21. Əmlakçı xidmətləri qadağan edildi.

22.Avtomobillərin alınması üçün xərclənən vəsaitin 50%-ni dövlət xərcləyir, xalq özünümüdafiə dətələrinin üzvləri üçün isə bu məbləğin 65%-ni isə dövlət ödəyirdi.

23. Benzin sudan ucuz idi, bir litrinin qiyməti — 0,14 $.

Yalnız Müəmmərin dövründə Liviyanın cənubunda yaşayan zəncilər insan hüquqları əldə etdilər.

Onun idarəsi altında keçən qırx il ərzində Liviya əhalisinin sayı üç dəfə artdı

Uşaq ölümü 9 dəfə azaldı.

Ölkədə orta ömür həddi 51,5-dən 74,5 yaşa çatdı.

Qəddafi Liviyanı dünya bank sistemindən çıxarmaq qərarı aldı və daha 12 ərəb ölkəsi onun ardınca getmək istəyirdi.

Lakin bütün bunlar artıq keçmişdədir...

Qəddafi dünya canilərinin pərdəarxası mütəşəkkilliyinin qurbanıdır.

Qəddafi özünü kommunist hesab etmirdi, amma Liviyada kommunizm qurmuşdu. O kommunizmi ki, ABŞ-ın casusu Qorbaçovun tikə-parça etdiyi sosialist  SSRİ-də qurmaq istəyirdilər.

O, öz xalqının pullarını ölkəyə sərf edirdi, əhalinin sosial müdafiəsi və çiçəklənməsinə sərf edirdi.

Neftlə zəngin Liviyada ən bahalı sərvət – sudur. O, səhranın bağrını deşib xalqına su gətirmişdi.

Qərb dövlətlərinin Liviya lideri Müəmmər Qəddafini devirməsinin arxasında neft qədər strateji əhəmiyyət daşıyan şirin su amili dayanır.

 

Müəmmər Qəddafi Qərb dövlətlərinin 20-30 ildən sonra başlanacağı güman edilən şirin su savaşına hazırlaşmalarına və Liviyanın su hövzələrini istismara götürmə cəhdlərinə, həmçinin dənizin suyunu şirinləşdirib, Afrika ölkələrinə satmaq təkliflərinə qarşı çıxıb. Liviya lideri Afrikaya min illərlə çatacaq şirin su hövzələrinə sahib olduğunu əsas gətirərək, ABŞ-ın təklifini rədd edib və böyük bir layihəyə start verib.

 

Bəs, Afrikanı min illərlə təmin edəcək şirin su hövzələri harada idi və Qəddafi niyə bu qədər əminliklə böyük layihəyə başlamışdı?

 1953-cü ildə Liviyanın cənubunda neft yataqları tapmaq üçün aparılan axtarış işləri böyük miqdarda şirin su ehtiyatını aşkara çıxardı. Bu hadisədən 7 il sonra - 1960-cı ildə “Böyük süni çay layihəsi” hazırlansa da, uzun müddət həyata keçirilməsi mümkün olmadı.

 

Dünyanın ən böyük suvarma sistemlərini özündə birləşdirəcək “Böyük süni çay layihəsi”nin uzunluğu 2820 kilometr olacaqdı. 13.000-dən çox şirin su quyusunun daxil olduğu nəhəng layihə ölkənin ən iri şəhərləri - Tripoli, Benqazi və Sirtə gündəlik 6.500.000 kubmetr şirin su tədarükü etmə gücündə idi.

 

Nəhayət, bu ideyanı həyata keçirmək üçün Qəddafi hərəkətə keçir və 1984-cü ildə layihənin inşasına start verilir.

 

Müəmmər Qəddafi layihəni “Dünyanın səkkizinci möcüzəsi” adlandırırdı.

 

Ümumi dəyəri 25 milyard dollar olan inşaat işləri beş hissədə aparılırdı. İlk hissə 28 avqust 1991-ci ildə istifadəyə verildi. Bu mərhələ 85 milyon kubmetr su tədarük edirdi.

 

Qəddafi bu böyük layihənin bütün maliyyəsini təkbaşına üzərinə götürmüşdü. Liviyanın təmiz su ehtiyatı ödəndikdən sonra layihə böyüyəcək və bütün Afrikanı əhatə edəcəkdi. Layihənin dəyəri həm də onda idi ki, Liviya bunun sayəsində qitənin ən qüdrətli ölkəsinə çevriləcək və minillərlə regionun əsas neməti – şirin su ilə milyardlarla insanı təmin edəcəkdi.

 

Qəddafi layihənin ikinci hissəsini də sonlandırmağı bacardı və 1 sentyabr 1996-cı ildə ikinci bölüm fəaliyyətə başladı.

 

2008-ci ilə qədər Liviya hökuməti layihəyə təxminən 19.6 milyard ABŞ dolları xərcləmişdi. Tikintinin icrası üçün lazımı materiallar İtaliya, İspaniya, Almaniya və Yaponiyadan Aralıq dənizi sahilindəki Burayka limanına gətirilirdi. Avropa ölkələri ilə dəniz qonşuluğu Liviyaya əlavə üstünlük yaratmışdı.

 

Koalisiya ilk növbədə şirin su tədarükü limanını məhv etdi.

 2011-ci ildə Liviyada baş qaldıran silahlı üsyanla ABŞ liderliyindəki NATO hərəkətə keçdi. İyulun 22-də su kəmərləri üçün boru tədarükünü hazırlayan Burayka limanı NATO təyyarələri tərəfindən bombardman edildi. 4 gün sonra açıqlama verən NATO rəsmiləri limanda hərbi sursat olması ilə bağlı kəşfiyyat məlumatı aldıqlarını, bu səbəbdən ərazinin bombardman edildiyini iddia etdilər. Lakin uzun sürən araşdırmalardan sonra sözügedən ərazidə hərbi silah-sursat tapılmadı.

 

Qeyd edək ki, “Böyük süni çay layihəsi” reallaşana qədər Liviya hökuməti Avropadan aldığı su müqabilində hər il 3,75 milyard dollarından keçməli olurdu. Ancaq hesablamalara görə, dəyəri 70 trilyon dollara bərabər olan Liviya su ehtiyyatı 2 min 283 il ərzində 7 milyard afrikalını su ilə təmin edə bilərdi.

 

Ölkə ərazisində su problemi həll olunduqdan sonra qonşu ölkələr - Tunis, Əlcəzair, Çad, Niger, Sudan və Misir, ümumilikdə Böyük Səhranın yarıdan çoxu içməli su ilə təmin olunacaqdı.

 

NATO təyyarələri artıq çoxdan bu betonlaşdırılmış xətləri darmadağın edib, layihəni tarixin arxivinə gömüb.

 

Afrikanı susuzluqdan xilas edəcək bu layihə Qərbin birbaşa müdaxiləsi ilə məhv edildi.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya