Qazsız qalan kənddə yaşayan şəhid anası: “Odunum yox, ocağım yox” - VİDEO

2022-12-05 22:16:00

Qazsız qalan kənddə yaşayan şəhid anası: “Odunum yox, ocağım yox” - VİDEO

 

Ağdaşda iki min əhalisi olan kəndin sakinləri qaz problemlərini həll edə bilmirlər.
Rayonun Qaradeyin kəndi 40 ildir mavi yanacağa həsrətdir.
Kənd sakinlərinin sözlərinə görə, 3 kilometr məsafədə olan əraziyə qaz xətti çəkilsə də, Qaradeyin kəndinin yolu qırmızı kitaba düşdüyü üçün onlar bu xətdən faydalana bilməyiblər:
“Yol qırmızı kitaba düşə bilir, biz düşə bilmirik. Çox əziyyət çəkirik, meşədən ağac kəsməyə icazə vermirlər, cərimələyirlər”.
Kənd ərazisində yaşayan Nailə Həmidovanın Birinci Qarabağ müharibəsində oğlu, Vətən müharibəsində isə nəvəsi şəhid olub.
“Bu qara torpağa iki şəhid vermişəm. Ozüm əliləm. Odunum yox, ocağım yox. İki dəfə qaz üçün müraciət etmişəm. “Yaxşı, gələcəyik” deyib gəlmirlər”.
Daha ətraflı BAKU.TV-nin süjetində:


 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.266877