“Qazprom”dan Türkiyə ilə bağlı açıqlama
2022-12-10 18:10:00

Hurriyyet.az xəbər verir ki, Rusiyanın “Qazprom” şirkətinin başçısı Aleksey Miller bu gün Türkiyə səfərinin nəticələri barəsində danışıb. Miller səfər zamanı Türkiyə Prezidenti R.T.Ərdoğan və Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmezlə görüşüb.
Jurnalistlərin sualalrına cavab verən Miller deyib: “Əlbəttə ki, əsas məsələ qaz qovşağı məsələsidir”.
Xatırladaq ki, Türkiyədə qaz qovşağının yaradılması təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib. Onun sözlərinə görə, Türkiyədə daha bir boru kəməri tikilə bilər və onun vasitəsi ilə Ankara Rusiya qazını başqa dövlətlərə paylaya, ilk növbədə, Avropaya ixrac edə bilər.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya