“Qazprom” bu ölkəyə qaz tədarükünü 60 faiz artırdı

2022-08-31 20:36:00

“Qazprom” bu ölkəyə qaz tədarükünü 60 faiz artırdı

“Qazprom” ilin əvvəlindən Çinə qaz tədarükünü 60 faiz artırıb.

“Qazprom”un rəhbəri Aleksey Miller ilin əvvəlindən “Sibirin gücü” boru kəməri ilə Çinə qaz nəqlinin 60 faiz artırıldığını bildirib.

O, bunu Neft və Qaz Sənayesi İşçiləri Gününə həsr olunmuş iclasda deyib:

“Daxili bazarda gördüyümüz işlərlə eyni vaxtda biz “Sibirin Gücü” qaz kəməri ilə Çinə nəqli ardıcıl olaraq artırırıq. Bu il isə müqavilə öhdəliklərini aşan gündəlik qaz tədarükü rekordu bir neçə dəfə yenilənib”, – Miller vurğulayıb.

Onun sözlərinə görə, 2022-ci ilin səkkiz ayında Çinə qaz tədarükünün həcmi 2021-ci illə müqayisədə 60 faiz artıb.

Qeyd edək ki, daha öncə Miller bildirmişdi ki, “Qazprom” qış ​​üçün yeraltı qaz anbarlarında mavi yanacaq tədarükünü hazırlayır. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066828