Qazimiz yenə də həbsdə saxlanıldı: Vəkil detalları açıqladı

2022-08-06 13:35:00

Qazimiz yenə də həbsdə saxlanıldı: Vəkil detalları açıqladı

Xəbər verdiyimiz kimi, Ukraynada şərlənərək həbs olunan qazimiz Misir Qasımlının avqustun 2-də məhkəməsi keçirilib.

Məsələ ilə Misir Qasımlının vəkili Valeriy Dobronitsa Yenisabah.az-a açıqlama verib.

Hurriyyet.az xəbər verir ki, Misir Qasımlı məhkəmədə onun üzərinə qoyulan maddələri qəbul etməyib.

“Onlar 2 dəfə Misirin materiallarına baxıblar, amma sübut tapa bilməyiblər. 6 aydır ki, məhkəmə də keçirilmir, uzadılır. Üstəgəl “zərərçəkmişi” gizlədirlər və məhkəməyə də gətirmirlər. Nə tapançadan, nə də bıçaqdan əl izi ilə qan izi çıxmayıb. Amma buna baxmayaraq, prokuror Misiri ən ağır maddə ilə ittiham edir və ona 8 ildən 15 ilə qədər həbs istəyir”.

Vəkil əlavə edib ki, prokuror Misirin saxlanmasını onun Qarabağ müharibəsi iştirakçısı olması ilə əsaslandırır: “Ona Qarabağda döyüşdüyünə görə, başkəsən deyirlər. Hansı ki, Misir Azərbaycanın bütövlüyünü qoruyub. Misir söylədi ki, əgər mənə baş kəsən deyirsinizsə, onda hazırda Ukraynanın bütövlüyünü qoruyanlar da başkəsən və qatil sayılır? Bunu eşidən prorkuror isə sakit qalmağa üstünlük verdi”.

Misir Qasımlının vəkili onu da vurğulayıb ki, sonuncu məhkəmə prosesində səfirlik və diaspora nümayəndələri Misir Qasımlının Azərbaycana verilməsini tələb ediblər: “Onlar da bu tələbi rədd etdilər. Misir də bu zaman hakimə söylədi ki, siz mənim dövlətimə inanmırsınız ki, mənim dövlətimin nümayəndələrinin tələbini rədd edirsiniz?! Bu birbaşa o deməkdir ki, siz Azərbaycan dövlətinə inanmırsınız. Konsul gəlib və o sizin dövləti təmsil edən insandır. Diplomatın sözündə isə yalan olmaz. Misirn bu haqlı etirazlarının qarşısında isə prokuror heç nə demirdi”.

V. Dobronitsa bildirib ki, avqustun 9-u növbəti məhkəmə olacaq: “Mayın 18-dən bəri Misiri qanunsuz həbsə saxlayırlar. Avropa İnsan Hüquqları məhkəməsindən ona kağız gəlib ki, Misir hazırda Ukraynada qanunsuz saxlanılır. Biz hakimə cinayət işi açmışıq, amma o kağızı gizlədiblər.

Onlar hər məhkəmədə Misirin üstünə ağır maddələr “yükləyirlər”. Sübut olmadan onu ittiham edirlər. Hətta ona məhkəmədə deyirlər ki, sən azadlığa çıxsan, şagirdləri qorxuda bilərsən”.

M. Qasımlı müdafiə edən şəxs söyləyib ki, onun cinayət işində şagirdlə bağlı hər hansı bir yazı yoxdur, sadəcə onu həbsdə saxlamaq üçün prokuror ortaya belə mənasız iddialar və ittihamlar atır: “Zərərçəkmişin özündən də xəbər yoxdur. O, nə videobağlantı vasitsəilə, nə də real gəlib məhkəmə iştirak etmir. Eyni zamanda qarşı tərəfi təmsil edən heç kim yoxdur. İndiyə qədər artıq 1 il 4 ay keçib, amma qarşı tərəf bir dənə də olsun sübut çıxarıb ortaya qoya bilməyib. Erməni diasporasının nümayəndələrindən də bizə güclü təzyiq var. Məni neçə dəfə hədələyiblər”.

Hüquq müdafiəçisi Azərbaycanın Ukraynadakı səfirliyinin bu məsələyə olan laqeydsizliyindən də gileylənib: “Yalnız diaspora sədri Hikmət Cavadov burada xüsusi fəallıq göstərir və deyir ki, bacardığım qədər onun günahsız olduğunu sübuta yetirəcəyəm. Bütün məhkəmələrdə iştirak edir. Səfirlik nümayəndələrinə gəldikdə isə onlara deyirəm ki, Misirdən və məndən izahat götür ki, bizə hədə-qorxu gəlirlər, amma hələ indiyə qədər bizdən izahat götürülməyib”.

Xatırladaq ki, qazimiz ötən ilin mart ayından etibarən Ukraynada həbs edilib. O “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056550