Qaziləri çilədən çıxaran Sahil Babayev bu dəfə QOCALARI ƏZİR... - BU DA FAKT!!!

2022-06-17 10:36:00

Qaziləri çilədən çıxaran Sahil Babayev bu dəfə QOCALARI ƏZİR... - BU DA FAKT!!!

Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatının (“Qocalar Evi”) ahıl və xəstə sakinlərinin pansionun direktoru Samirə Mehtiyeva və onun quldur dəstəsi tərəfindən soyğunçuluğa məruz qalmasına dair növbəti faktlar ortaya çıxıb. Başqa soyğunçuluq aktları ilə müqayisədə pansionatda baş verənlərin bir özəlliyi var ki, burada zərərçəkmişlərin azacıq müqavimət göstərməyə belə imkanları yoxdur. Məhz elə qocalıqları, xəstəhal və müəssisə rəhbərindən asılı olmaları səbəbindən. Etiraz etmək, səsini-ününü harasa çatdırmaq istəyənlərin zəmanəti yoxdur ki, Samirə Mehtiyeva onları başlarına hava gəldiyini deyib dəlixanaya saldırmayacaq, yaxud, xörəklərinə zəhər qatmayacaq.

Bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, pansionatın Lalə Rəhimova adlı lal-kar sakininin pulu və şəxsi əşyaları, o cümlədən qızıl zinət əşyaları “itib”. Qəribə burasıdr ki, hadisənin Lalə Rəhimovaya dayəlik edən Xanım adlı əməkdaşın işə çıxmadığı gün baş verib. Onun yerinə pansionun Rəna və Çiçək adlı işçiləri növbədə olublar.

Başqa bir məlumata görə, direktor Samirə Mehtiyeva pansionatın Xalidə adlı işçisini kağız üzərində məzuniyyətə çıxardığı halda işə — gəlib getməsini və otaq-otaq düşüb qocaların pensiya kartlarını yığmağı, pullarını bankomatdan çıxarmağını tapşırıb. Xalidə də müəssisə rəhbərinin dediyinə əməl edərək, topladığı pulları ona verib. Əlbəttə ki, təmənna qarşılığında. Xalidə direktor qarşısında şərt qoyub ki, bu “xidmətin” müqabilində şəxsən dayəlik etdiyi Novruzəli kimi qocaların pensiyalarını özünə götürsün. Məlumatda həmçinin qeyd olunur ki, Xalidə və Rənadan əvvəl bu “xüsusi əməliyyatı” yerinə yetirən Nurlana acıq eləyib, deyib ki, məzuniyyətə çıxandan sonra bir daha işə qayıtmayacaq, çünki “personal” qulluq etdiyi qocaların pensiyasından ona pay çatmır. Başqa sözlə, pansionatda qocaların mənimsənilən pensiyalarının pay bölgüsü üstündə qırğındır, soyğunçular arasında.

Belə qənaətə gəlmək olur ki, Samirə Mehtiyeva kriminal talanta malikdir, “xüsusi tapşırıq” verdiyi Xalidəni rəsmən məzuniyyətə çıxarmaqla, ona və özünə bir növ “alibi” yaratmaq istəyir. Sabah Xalidəyə qarşı ittiham irəli sürülsə, deyə bilsin ki, mən işdə olmamışam, məzuniyyətdə idim. Lal-kar Lalə Rəhimovanı isə asan hədəf kimi seçiblər. Daha bilmirlər ki, Allah hər şeydən agahdır. Biz isə istəyirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev də agah olsun. Yoxsa, Nazirliyin qazilərdən üsyanından salamat qalmış pəncərələrini bu dəfə qocalar sındıracaqlar. //deryaz.az//


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya