Qazi niyə dilənir? Ona əlillik niyə verilməyib? – Nazirlik

2022-09-16 14:56:00

Qazi niyə dilənir? Ona əlillik niyə verilməyib? – Nazirlik

Ötən gün sosial şəbəkələrdə Ağdaş rayonundan olan Vətən müharibəsi qazisi Samit Samir oğlu Quliyevin əlil arabasında maddi kömək istədiyi görüntüləri yayılıb. Bildirilir ki, S.Quliyev qazi statusu alsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona əlillik dərəcəsi verməyib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, S.Quliyevin əlillik dərəcəsi almaq üçün indiyədək nazirliyə heç bir müraciəti olmayıb:

“Hərbi həkim komissiyasında da Samitin müharibədə yaralanması ilə əlaqədar heç bir şəhadətnamə mövcud deyil. Özünün bildirdiyinə görə, o, tam sərbəst hərəkət edir. Bununla belə, nazirliyin nümayəndələri onunla əlaqə saxlayıb və o, bu gün sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Səhiyyə Nazirliyinin həkim komissiyası ilə birgə müayinə aparılacaq.

Məlumat üçün deyək ki, müharibədə aldığı yüngül xəsarətə görə “Azərsığorta” tərəfindən 550 manat sığorta ödənişi alıb”.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058803