Qazi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən SÜRÜNDÜRMƏÇİLİYƏ MƏRUZ QALIB - FOTOLAR

2022-08-23 13:15:00

Qazi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən SÜRÜNDÜRMƏÇİLİYƏ MƏRUZ QALIB - FOTOLAR

Asif Nəsirov: "Cənab Ali Baş Komandan, sağalmaq, iş qabiliyyətimi yenidən qazanmaq istəyirəm, xahiş edirəm ki, haqqım olan "veteranlığ"ın verilməsi üçün  mənə köməklik göstərəsiz"

Vətən müharibəsi qazisi Asif Rizvan oğlu Nəsirov Hurriyyet.az-a müraciət edərək bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) tərəfindən süründürməçiliklə üz-üzə qalıb. Cəbyayıl-Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə ağır yaralanan qaziyə etdiyi müraciətlərə baxmayaraq, "veteranlıq" verilmir.

O üzləşdiyi acınacaqlı vəziyyətlə bağlı Prezident İlham Əliyevə müraciət edib: "2020-ci ilin 27 sentyabr tarixində müharibəyə yolanmışam. 18 oktyabr tarixində Cəbyayıl-Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə ağır yaralanmışam. Atılan minamyot mərmisi nəticəsində ağır yaralanmışam. Həmin gündən Papanın qospiatlına təxliyə olunmuşam. Əməliyyat olunduqdan sonra məni Bakı Sağlamlıq Mərkəzinə göndəriblər.  Burda bir müddət müalicə aldıqdan sonra, ambulator müalicə üçün evə göndərilmişəm. Bir müddət keçdikdən sonra mən sənədlərimi əlilliyin təsdiq olunması üçün Sosial Müdafiə Nazirliyinə göndərmişəm. Lakin mənə imtina cavabı gəlib. Bu cavab məni qane etmir. Mənim ayağım heç sağalmayıb. Müalicəm hələ də davam edir. Nə qədər də davam edəcək bilmirəm...Bəs, mən işləmədən və başqa bir yerdən gəlirim olmadan necə yaşamalıyam?... Sosial Müdafiə Nazirliyi imtina cavabı verir. Bəs müalicəmi necə edim?...Maddi imkanım çox zəifdir. Çox təəssüflə bunları qeyd edirəm. "Veteranlıq"belə təyin olunmuyub. Çarəsiz bir vəziyyətdəyəm...

"Yaşat Fondu"na da müraciət etmişəm.  Çox təəsüff ki ordanda imtina cavabı alıram. Mənə  deyirlər ki, siz əlillik almadığınıza görə, sizə heç bir kömək edə bilmərik. Mən Azərbaycan respublikasının Prezidenti , Cənab Ali Baş Komandan İlham Əliyəvə "Hürriyyət" vasitəsilə müraciət edirəm. Cənab Ali Baş Komandan çox çarəsiz, çox köməksiz bir halda sizə müraciət edirəm. Mən sağalmaq istəyirəm. İş qabiliyyətimi yenidən qazanmaq istəyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim haqqım olan  "veteranlığ"ın verilməsi üçün  mənə köməklik göstərəsiz. Mən inanıram ki, müraciətim cavabsız qalmayacaq".

Qazinin anası Samirə Məmmədova hazırda sosial durumlarının ağır olduğunu vurğulayıb: "Vəziyyətimiz pisdir. Heç 300 manat maaş almıram. Uşağın müalicəsi qalıb. Həkim deyir ki, uşaq mütləq müalicə olunmalıdır. Xahiş edirəm ki, bizə köməklik olunsun".

PS. Azərbaycan hökuməti bildirir ki, İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərin ailələrinə dəstək verilməsi üçün mexanizmlər hazırlanıb. Lakin əksinə durumun daha acınaqlı vəziyyət aldığını göstərir. Şəhid ailələri və qazilərə qarşı olunan haqsızlıqlar səbəbindən onlar hətta intihar yoluna da əl atırlar. Bunun nəticəsidir ki, bu gün Qazi aylarla, illərlə döydüyü, lakin heç cür üzünə açılmayan qapıları dözməyib təpiklə sındırıb açmaq məcburiyyətində qalır. Əlbəttə ki, buna haqq qazandırmaq olmaz, ancaq onu bu vəziyyətə gətirənləri də bağışlamaq olmaz... Məlum komissiyalardakı süründürməçilik, ədalətsizlik, qanunlara istinad edilərək, min cür bəhanələr gətirilməsi kimi boşboğazlıqlar təsadüfə yox, təxribata bənzəyir. Çünki bu, beş günün, beş ayın məsələsi deyil. Müharibə bitən gündən bu narazılıqlar var və onlar yoluna qoyulmur ki, qoyulmur. Belə görünür ki, nazirlik işinin öhdəsindən ya gələ bilmir, ya da gəlmək istəmir. Çünki onları qapılarda, növbələrdə süründürənlər, mənəvi və maddi sıxıntıyla üz-üzə qoyanlar, onların qarşısına çıxmağı özlərinə yaraşdırmayanlar bu xalqın, millətin yox, düşmənlərin arzusunu yerinə yetirirlər... 

Jalə FAMİLQIZI,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000125