Qazi COVİD-dən öldü - Anası da dözməyib vəfat etdi

2023-01-12 10:44:00

Qazi COVİD-dən öldü - Anası da dözməyib vəfat etdi

Vətən Müharibəsi qazisi Zamir Osmanov vəfat edib. 

Hurriyyet.az xəbər verir ki, o, Bakıda yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Oğlunun ölüm xəbərini eşidən anası, 1965-ci il təvəllüdlü Esma Çiliyeva da qəfil ürəktutmadan vəfat edib. 

Əldə etdiyimiz ilkin məlumata görə, Z.Osmanov koronavirusa yoluxandan sonra ölüb. Bununla bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq. 

Qeyd edək ki, Z.Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb. 

Xəbəri ilk olaraq “lent.az” saytı yayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.187665