Saat:04:33
Haqqımızda

Qazi atası icbari tibbi sığortanın yarımazlığından GİLEY EDİR - "Kağız verib dedi ki..."

2024-04-01 12:05:20

Qazi atası icbari tibbi sığortanın yarımazlığından GİLEY EDİR -

"Bu tibbi sığorta məsələsinə daima qarşı çıxmışam, çünki dəftərə yazmaqla ki, ay işçilər tibbi sığorta ilə müayinə və müalicə olunacaqlar, filan, bəşmədan. Mənim 66 yaşım var. Neçə müddət idi ki, bel nahiyyəmdə ağrı keçib getmirdi. Müxtəlif otdan, əncərdən dəmləyib içdim, keçib getmədi. Evdə hamı həkimə get deyə tutdurdu. Ağcabədi rayonunda tanınmış cərrah Vaqif həkimə zəng etmək istədim. Vaz keçdim ki, narahat etməyim, sabah gedərəm xəstəxanaya..."

Hurriyyet.az dia-az.info-ya istinadən bildirir ki, bu barədə sözügedən rayonun sakini Əkbər Cavadov gileyində bildirir.

Narazı vətəndaş daha sonra yazır: "Kiçik oğlum müharibədən qayıdandan psixoloji halı yaxşı deyildi. Vaqif həkimə zəng etdim və evdə olduğunu bildirdi və evinə dəvət elədi. Oğluma baxdı və dərmanlar yazdı. Pul verdik, qəti etiraz elədi, götürmədi və dedi ki, vətənimizi işğaldan azad edən, sənin kimi oğulların qarşısında baş əyirəm. Dedi ki, gecə gündüz demədən, hər vaxt qapım sizə açıqdır. Oğluma dedi ki, Vüqar sən mənim qardaşım oğlusan. Mən rusiyadan ölkəmə qayıdanda çətinliklə işə düzəldim, atan evimin tikintisində köməklik elədi, sən o vaxtdı dünyaya gəlməmişdin...

Xəstəxanaya gəldim, Vaqif həkimlə görüşdüm və ağrı haqqında dedim. Həkim tibb bacısı idi, ya həkim idi, ona nəsə tapşırıb getdi. Orada işləyənlər məni görüb salamlaşan kimi. xeyir ola deyə soruşurdular. Oturub xeyli Vaqif həkimi gözlədim. Ağ xalatlı gənc qadın dedi ki, həkim əməliyyata gedib. Əlində həkimin təyin etdiyi iynəni çəkib qolunu çırmala dedi. Soruşdum ki, bu nə iynəsidir? Dedi ki, analqindir. Nə isə etiraz etmədim, iynəni vurdu və siftə pul istədi. Yol gələ - gələ Vaqif həkimin soyuq davranışı pis təsir etmişdi.

Evdə dedilər ki, Vaqif cərrahdır, bəs baldızımın qaynı oğlu Rəşat həkim böyrəyə baxır. filan. Nə isə ertəsi gün getdim Rəşad həkimin qəbuluna. Əmi xoş gəlmisən, basdı, bağladı, çay süzüm filan. Dedim ki, Rəşad həkim, mənə dədə baba qaydasıynan məsləhət bildiyin bir resept yaz, ayrı heç nə lazım deyil. Rəşad həkim məni dilə tutub aldatdı ki, yox əmi, mən səni bütün aparatlardan yoxlatdıracam. Kağız verib dedi ki, Əmi filan yerdən girəcəkdə qeydiyyatdan keç və gəl yanıma. Gerisi mənlikdi. Gəldim Sığortalı qeydiyyat deyilən yerə. Dəhşətli vəziyyət idi, basa bas, uşaq, böyük, qadın, kişi sayı hesabı yox. Ən başlıcası növbə də yox, kim zorludu basıb irəli gedə bilir. Növbədə ürəyi qısılanlar, tər axıdanlar. Nə isə oradan çıxıb qayıtdım evə... Beləcə çar-naçar..."

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205751