“Qazaxıstanla Rusiyanın dostluğu əbədi olmalıdır”

2022-06-15 17:07:00

“Qazaxıstanla Rusiyanın dostluğu əbədi olmalıdır”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Rossiya-24” kanalına müsahibəsində Qazaxıstanla Rusiyanın dostluğunun həmişə davam eləməli olduğunu söyləyib.

Tokayev deyib: “Ölkələrimiz arasında ardıcıl dostluq, müttəfiqlik olduğu kimi tam həcmdə qalır. Hər halda mən özüm bir dövlət başçısı olaraq əsl dostluq münasibətlərinin saxlanılması üçün mümkün olan hər şeyi edəcəyəm”.

O, ölkədə rus dilinin mövqeyindən də danışıb: “Hesab edirəm ki, Qazaxıstanda rus dilinin nüfuzunun azaldığını bildirənlər həqiqətin ziddinə gedirlər. Belə mülahizələrdə məqsəd, vəziyyəti siyasiləşdirməkdir”. Tokayev qazaxlar üçün rus dilinin vacib olduğunu, lakin onların dillərini də bilməli olduqlarını söyləyib”.  

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya