Qazaxıstanın XİN naziri: Transxəzər marşrutu Böyük İpək yolunun təkrarıdır
2023-09-05 18:04:35

Qazaxıstan xarici işlər nazirinin müavini Vasilenko Transxəzər dəhlizinin region üçün rolunu qeyd edib:
“Sahillərimizi bu marşrutun mərkəzi olan Xəzər dənizi yuyur. Və bu dəhlizin Transxəzər adlandırılması da təsadüfi deyil. Bu marşrut dünən yaranmayıb, o, əsrlər boyu mövcud olan, Avropa ilə Asiyanı birləşdirən Böyük İpək Yolunun marşrutunu təkrarlayır”. O xatırladıb ki, Qazaxıstanın baş nazirinin Bakıya səfəri zamanı Orta Dəhlizin inkişafı üçün logistika şirkətinin yaradılması ilə bağlı sənəd imzalanıb: “Bu sənəd yükgöndərənlərə bir təşkilatla işləmək imkanı verəcək. Qazaxıstanın bütün ərazisində, Xəzər dənizi vasitəsilə Azərbaycana və Gürcüstana daşımalara cavabdeh olacaq.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya