Qazaxıstandan yeni iddialı layihə: ölkə Buxara-Ural qaz kəmərinin üçüncü xəttinin tikintisinə başlayacaq

Qazaxıstan Buxara-Ural qaz kəmərinin üçüncü xəttinin tikintisinə başlayacaq. Belə ki, işə bu il başlamaq planlaşdırılır. “Buxara-Ural” magistral qaz kəmərinin üçüncü xəttinin uzunluğu 162 km olacaq. Layihənin dəyəri 43 milyard tengedir.
Bu qaz kəməri Özbəkistan, Qazaxıstan və Rusiyanı birləşdirir, uzunluğu 4,5 min km-dən çoxdur. Birinci xətt 1963-cü ildə, ikincisi 1966-cı ildə istifadəyə verilmişdir.
Üçüncü xəttin tikintisi Qazaxıstana ucqar regionlarda enerji resursları problemini həll etməyə imkan verəcək.
"Rayonumuz üçün qazla təminat problemi hazırda aktualdır. Kifayət qədər xammal var, lakin mövcud şəbəkələr rayonun ehtiyac duyduğu həcmin nəqlini təmin edə bilmir. Bu il tikintiyə başlayacağıq. Bunu həyata keçirmədən biz kəndlərin qazlaşdırılması məsələsini gündəmdən çıxara bilməyəcəyik”, deyə Aktobe vilayətinin sədri Yeralı Tuqjanov qeyd edib.
Bildirək ki, Rusiya qazının Özbəkistana ixracı üçün də yeni Buxara-Ural qaz kəmərindən istifadə edilməsi planlaşdırılır. Bu yaxınlarda Rusiyanın “Qazprom” şirkəti və Özbəkistanın Energetika Nazirliyi arasında qaz sənayesində əməkdaşlıq üçün yol xəritəsi imzalanıb.
İstisna olunmur ki, “Buxara-Ural”ın inkişafı qaz tranzitinin genişləndirilməsi üçün planlaşdırılır. Yəni, sonradan Qazaxıstan və Özbəkistandan keçən magistral qaz kəmərinin TAPI kəmərinə qoşulması və Hindistan və Pakistan bazarlarına çıxışı da ola bilər. Layihə həm onun hər üç iştirakçısı (Qazaxıstan, Özbəkistan, Rusiya) üçün qazın satışından əldə olunan gəlir, həm də boru kəməri infrastrukturunun saxlanması baxımından kifayət qədər sərfəli olacaq.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya