Saat:20:06
Haqqımızda

Qazaxıstandakı aksiyalar Kiyevdən idarə olunurdu - Ablyazov

2022-01-17 11:21:00

Qazaxıstandakı aksiyalar Kiyevdən idarə olunurdu - Ablyazov

Qazaxıstanda keçirilən etiraz aksiyaları Kiyevdən idarə olunub.

Hurriyyet.az xəbər verir ki, bunu sabiq bankir, Qazaxıstandakı etiraz hərəkatının lideri olduğunu iddia edən Muxtar Ablyazov deyib.

“Bizim təşkilat qərargahımız, daha doğrusu, Qazaxıstanın Demokratik Seçkisinin əlaqələndirici qərargahı Kiyevdə yerləşib. Qərargah iğtişaşların ilk günlərində işə başlayıb. Qərargah insanları hakimiyyətin təxribatlarına uymadan dinc şəkildə etiraz etməyə və talançılara qarşı mübarizə aparmağa çağırıb”, - deyə o, qeyd edib.

Ablyazov Qazaxıstandakı iğtişaşları dövlət çevrilişinə cəhd adlandırmaqdan imtina edib:

“Dövlət çevrilişi odur ki, biz konstitusiyaya zidd, hərbi yolla hərəkət edək. Burada bütün mitinqlər bizim konstitusiya hüququmuzdur”.

Qeyd edək ki, hazırda Fransada gizlənən “Bank Turan Alem”in keçmiş rəhbəri Muxtar Ablyazov özünü Qazaxıstandakı etiraz hərəkatının lideri adlandırıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.150744