Saat:11:45
Haqqımızda

Qazaxıstanda Türk Xaqanlığına aid qədim şəhər TAPILDI - VİDEO

2023-05-30 19:57:00

Qazaxıstanda Türk Xaqanlığına aid qədim şəhər TAPILDI - VİDEO

Qazaxıstanda arxeoloqlar Türk Xaqanlığına aid qədim şəhər tapıblar.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Xabar 24” məlumat yayıb. Bildirilir ki, arxeoloqlar Cambil vilayətində qədim şəhərin bir hissəsini aşkar ediblər.

Onların fikrincə, 600 hektar ərazidə yerləşən yaşayış məntəqəsi Türk Xaqanlığına aiddir.

Cambil rayonunun Kumtiin kəndi yaxınlığında arxeoloji qazıntılara 20 gün əvvəl başlanılıb. Mütəxəssislər müəyyən ediblər ki, burada 6-12-ci əsrlərə aid Qarakəmər şəhəri olub.

Qazıntı zamanı evlərin bir neçə otağı, saxsı qab qırıqları, soba və ev heyvanlarının sümükləri aşkar edilib. Tapıntılar həmin dövrdə kənd təsərrüfatının yüksək səviyyədə inkişaf etdiyini təsdiqləyir.

Arxeoloqları 1200 dərəcə istilikdə hazırlanmış çoxlu şüşə parçaları tapıblar. Aşkar edilmiş yaşayış məntəqəsində daha bir ay qazıntı işlərinin aparılması nəzərdə tutulur.

Xuraman Etibarlı,

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR