Saat:10:41
Haqqımızda

Qazaxıstanda Tokayevə qarşı ETİRAZLAR BAŞLADI - Hökumətdən SƏRT REAKSİYA

2022-11-26 21:04:00

Qazaxıstanda Tokayevə qarşı ETİRAZLAR BAŞLADI - Hökumətdən SƏRT REAKSİYA

Astanada Tokayevin yenidən prezident seçilməsindən narazı qalan qazaxlar etiraz aksiyası keçiriblər.

Bu barədə yerli Telegram kanalları məlumat yayıb.

Şənbə günü, noyabrın 26-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi günü ölkənin paytaxtı Astanada etiraz aksiyaları başlayıb.

Hakimiyyət buna sərt reaksiya verib. Narazı şəxslər polis tərəfindən saxlanılıb, internet və rabitə kəsilib.

Etirazçıların sərt şəkildə saxlanmasından sonra Astana sakinləri qohumlarının yanına gedə, harada olduqlarını və nə baş verdiyini öyrənə bilmirlər.

Etirazçıların “Keruen City” ticarət mərkəzinin ərazisinə toplaşdığı bildirilir.

Daha sonra mətbuatda Tokayev hakimiyyətinə qarşı keçirilən icazəsiz mitinqin təşkilatçısının Kənd Təsərrüfatının İnkişafı Fondunun rəhbəri, dollar milyonçusu Marat Abıyev olduğu barədə məlumatlar yayılıb.

Bu iş adamının Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qohumu Kayrat Satibaldı ilə yaxın olduğu bildirilir. O, xüsusilə böyük miqyasda mənimsəmə faktına görə bir müddət əvvəl 6 il həbs cəzasına məhkum edilib.

Etirazçıların saxlanmasını əks etdirən videogörüntülərdən birində polislərin söhbətində deyilir ki, Abıyev də icazəsiz mitinqdə saxlanılıb.

Xatırladaq ki, bu yaxınlarda Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev qalib gəlib.

 

 

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR