Qazaxıstanda mədən qəzası: ölənlərin sayı artmaqda davam edir
2023-10-28 14:21:31

Karaqandadakı Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb, 18 şaxtaçının axtarışları davam edir.
Hurriyyet.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Saat 15:00-a (Bakı vaxtı ilə 13:00) olan məlumata görə, 28 nəfərin meyiti tapılıb, 18 şaxtaçının axtarışları davam etdirilir”, - məlumatda deyilir.
Ülviyyə ŞÜKÜROVA
Hurriyyet.az
