Saat:03:47
Haqqımızda

Qazaxıstanda ikihakimiyyətliliyə son qoyuldu – Nazarbayev vəzifəsindən çıxarıldı

2022-01-19 15:11:00

Qazaxıstanda ikihakimiyyətliliyə son qoyuldu – Nazarbayev vəzifəsindən çıxarıldı

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Qazaxıstan parlamenti Elbaşı Nursultan Nazarbayevin Qazaxıstan Xalq Assambleyasına və Təhlükəsizlik Şurasına ömürlük sədrlik eləmək hüququndan məhrum edilməsi qərarını təsdiq edib.

Deputat Kanat Nurovun sözlərinə görə, yeni qəbul edilmiş qərara görə, bu qurumlara rəhbərlik indən belə şəxsiyyətə, yox vəzifəyə görə müəyyənləşəcək, yəni, bundan sonra Qazaxıstan Prezidentinə veriləcək.

Deputat öz “Feysbuk” səhifəsində yazıb: “Dövlət başçısının parlamentdəki son çıxışı mahiyyətcə inqilabi xarakter daşıyır, xalq rahatlıqla nəfəs aldı. İndi parlament və hakimiyyət onun bütün qərarlarını tam şəkildə, təcili və dəqiqliklə reallaşdırmalıdır... Bunun üçün ilk növbədə Birinci Prezidentin Qazaxıstan Xalq Assambleyası və Təhlükəsizlik Şurasına ömürlük sədrliyinə xitam verilməli idi və bu gün biz bunu etdik”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183781