"Qazaxıstan Zəngəzur dəhlizi marşrutunu nəzərdən keçirir" - Naxçıvandan birbaşa Türkiyəyə çıxış imkanı
2025-11-21 11:10:00
Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Ermənistan vasitəsilə Türkiyəyə yeni ticarət marşrutu perspektivlərini nəzərdən keçirir.
Ölkənin milli İqtisadiyyat naziri Serik Jumanqarin Qazaxıstanın Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə yeni ticarət marşrutu açmağı nəzərdən keçirdiyini,bu marşrutun Türkiyə limanlarına birbaşa çıxış təmin edəcəyini söyləyib.
Nazir deyib: "Hazırda Azərbaycan və Gürcüstan vasitəsilə Qara dəniz limanlarına gedirik. Bu yeni marşrut bizə Naxçıvana, daha sonra isə birbaşa Türkiyəyə çatmağa imkan verəcək".
Hürr Tərcüman
