Saat:11:51
Haqqımızda

Qazaxıstan, Azərbaycan və Özbəkistan enerji sistemlərini birləşdirir

2024-05-10 12:10:51

Qazaxıstan, Azərbaycan və Özbəkistan enerji sistemlərini birləşdirir

Qazaxıstan, Azərbaycan və Özbəkistan Avropa İttifaqı ölkələrinə yaşıl enerji satmaq üçün enerji sistemlərinin inteqrasiyası və Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlayıblar.

Bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.

“Təmiz elektrik enerjisi almaqda maraqlı olan Aİ ölkələri ilə ilkin işlər aparılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi haqqında razılaşma imzalayıblar ki, bu da bizə premium bazarları təmiz, bərpa olunan enerji ilə təmin etməyə imkan verəcək. Söhbət kifayət qədər böyük həcmdə investisiyalardan gedir”, deyə nazir qeyd edib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199598