Qazaxın işğal atında qalan 7 kəndi ilə bağlı MÜHÜM AÇIQLAMA - RƏSMİ

2022-05-10 11:56:00

Qazaxın işğal atında qalan 7 kəndi ilə bağlı MÜHÜM AÇIQLAMA - RƏSMİ

“Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq”.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 O qeyd edib ki, bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi ilə bağı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq.

Nazir müavini, eyni zamanda vurğulayıb ki, Ermənistanla sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq.

X. Xələfovun sözlərinə görə, Brüssel görüşündən sonra belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib: “Bu istiqamətdə səylər davam etdirilir”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya