Saat:21:08
Haqqımızda

Qazaxda at oynadan "Falçı Kəmalə" - Əri görün hansı vəzifəli şəxs imiş - FOTO

2022-08-18 00:51:00

Qazaxda at oynadan

Redaksiyamıza Qazaxda “Falçı Kəmalə” kimi tanınan Kəmalə Alıyevanın əməlləri barədə şikayət daxil olub.
Sözü gedən şəxs 20 ildən çoxdur ki, “fala” baxır. “Əyri yollar”la fəqir kütləni aldadaraq başlarına oyunlar açır. Bunun nəticəsində də rayon əhalisindın çoxlu vəsait mənimsəyir.
Maraqlıdır ki, hələ də K.Alıyeva etdiyi əməllərə baxmayaraq sudan quru çıxmağı bacarıb.
Şikayətdə iddia edilir ki, vətəndaşları aldatmaqla bahalı evlər, maşınlar almaqla dəbdəbəli həyat şəraiti qazanıb. Kəmalə Alıyevanın həyat yoldaşı Hüseyn Alıyev isə "Viator Mikromaliyyə Azərbaycan" təşkilatının Qazax Filialının Rəhbəridir.
Kəmalə Alıyevanın üzü o qədər görünməsə də, sözü Qazax-Tovuz –Ağstafada dolaşır. Təsadüfən kimin işi Kəmalədən keçib azca düzəlibsə, həmin adam da ona “müştəri” göndərir.
İşi düzəlməyənlər isə qadına verdiyi pulların geri qaytarması üçün davaya qalxır.
Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.

 

Qazaxda at oynadan "Falçı Kəmalə" - Əri görün hansı vəzifəli şəxs imiş - FOTO

 

AMİA.AZ 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR