Saat:13:20
Haqqımızda

"Qaz tədarükü üzrə sazişlə İranla yeni əməkdaşlıq başlayacaq" - VÜQAR BAYRAMOV

2021-12-01 10:35:00

"Bu anlaşma bölgədə formalaşan yeni reallığa uyğun olaraq sülhün dayanıqlığının təmin edilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımdan da əhəmiyyətli sayılır"

"Aşqabad Zirvə Görüşündə mühim anlaşmalardan biri də Türkmənistan, İran və Azərbaycan arasındakı mavi qaz anlaşmasının imzalanması oldu. Söhbət 1.5-2 milyard kubmetr həcmində qazın Türkmənistandan İran və daha sonra Azərbaycana nəqlindən gedir. Bununla da ilk dəfə idi ki, Xəzəryanı ölkələr üçtərəfli formatda swap enerji anlaşması imzaladılar. Xüsusən də, sözügedən 3 ölkə arasında müəyyən zamanlarda mübahisəli yataqlar probleminin olduğunu və cənub qonşumuz ilə ehtiyatlar ilə bağlı bəzi məsələlərin hələ də tam dəqiqləşdirmədiyini nəzərə aldıqda, bu sənəd xüsusi əhəmiyyətə malik hesab olunur". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili hesab edir ki, bu anlaşma Türkmənistana enerji məhsullarının ixracının diversifikasiyası üçün baza formalaşdıra bilər: "Türkmənistanın ixracatda az mənbədən asılı olduğunu nəzərə alsaq, bu şərqi Xəzəryanı ölkə üçün vacib prioritetlərdəndir. Sazişlə İran şimal istiqamətində yeni enerji əməkdaşlığına başlayacaq. Hələ də sanksiyaların aktiv olduğu cənub qonşumuz üçün bu vacibdir. Azərbaycan üçün bu anlaşma daxili tələbin ödənilməsi mənbələrin genişləndirilməsi və ixrac imkanlarının artırılması baxımdan vacib hesab olunur. Doğrudur, ümumi həcm azdır, amma gələcəkdə Şərqi Xəzərin mavi qazının Cənub Qaz Dəhlizi ilə nəqli heç də istisna deyil".

Vüqar Bayramov onu da əlavə edib ki, bu anlaşma bölgədə formalaşan yeni reallığa uyğun olaraq sülhün dayanıqlığının təmin edilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımdan da əhəmiyyətli sayılır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR