Saat:09:37
Haqqımızda

"Qaynanan olsaydım, səni qəbul etməzdim" - Türk aparıcıdan azərbaycanlı qadına sərt təpki - VİDEO

2021-09-16 17:22:00

Türkiyənin "Show TV" kanalında "Never Give Up" verilişinə çıxan Risalə adlı azərbaycanlı qadının heç kimə aman vermədən danışması aparıcı Didem Arslan Yılmazı əsəbiləşdirib.

Hurriyyet.az Milli.Az- a istinadən xəbər verir ki, əsəblərini cilovlaya bilməyən redaktor "dayan bir, imkan ver" desə də, ona qulaq asan olmayıb. Sonda 27 yaşlı qadının ərinə və qayınanasına danışma haqqı vermədən davamlı danışması aparıcının qəzəbinə səbəb olub. Xəbərdarlıqlara baxmayaraq susmayan qadına əsəbiləşən Yılmaz "Risalə, başqalarını da dinləməliyik. Bir dəqiqə gözlə. Dəli olacağam, qayınanan olsaydım səni qəbul etməzdim" deyərək onu aşağılayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR