"Qaynana" filminin kadrarxası unikal görüntüləri - VİDEO

2022-06-24 10:00:00

1978-ci il istehsalı olan məşhur "Qaynana" filminin kadrarxası görüntüləri yayımlanıb.

Hurriyyet.az Kult.az-a istinadən xəbər verir ki, görüntüləri Azərbaycan Kinematoqrafçılar İttifaqının Yutub kanalı yayıb.

Bildirilib ki, jurnalist Telli Pənahqızının AzTV üçün hazırladığı süjet "Qaynana" filminin çəkiliş prosesini əks etdirir.

Süjetdə Hüseyn Seyidzadə və baş rolun ifaçısı Nəsibə xanım Zeynalovadan başqa aktrisa İnarə Quliyeva və filmin quruluşçu operatoru Fikrət Əsgərov əks olunub.

Süjeti ittifaqa ssenarist Füzuli Sabiroğlu təqdim edib.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya