Saat:15:36
Haqqımızda

Qaxlı DA VİNÇİ – Bələdiyyə sədri necə RƏSSAM OLDU?

2023-03-25 19:59:00

Qaxlı DA VİNÇİ – Bələdiyyə sədri necə RƏSSAM OLDU?

Şəhid və qazilərin rəsmlərini çərəkərək ailələrinə təqdim edən həvəskar rəssam yaşadığı bölgənin əsrarəngiz təbiətinə biganə qala bilmir. Onu təsirləndirən mənzərələri kətan üzərinə köçürməyi özünə borc bilir.

Həvəskar rəssam Rövşən Şirinov Qaxın Ləkit kəndində yaşayır və illərdir ki, doğulub boya-başa çatdığı yudun əsrarəngiz təbiət mənzərələrini, gözəllikləri öz fırçası ilə kətan üzərinə həkk edir. Elə bu səbəbdən el-obada onu Qaxın Da Vinçisi deyə çağırırlar.

Evinin bir otağını emalatxanaya çevirən həvəskar rəssamı günün müxtəlif saatlarında kənddə, yaxud Qaxın tarixi məkanlarında görmək mümkündür.

Rövşən Şirinov təbiət vurğunu olduğundan meylini rəssamlığa salıb. Əsərlərində Qaxın dünəni, bu günü, memarlıq abidələri, bütün fəsilləri əksini tapır.

Bələdiyyə sədiri necə rəssam oldu?

Məktəb illərində saatlarla məşhur rəssamların əsərlərinə həsədlə baxar və öz üzərində işləyərdi. Rəssamlıq sahəsi üzrə təhsil almaq arzusunda olsa da, valideynləri onu kənd təsərrüfatı sahəsinə yönəldirir. Briqadir kimi çalışsa da, kənd bələdiyyəsinə sədrlik etsə də rəssamlığa olan böyük həvəsi onu yenidən uşaqlıq arzularını reallaşdırmağa istiqamətləndirir.

Ötən günləri belə xatırlayır:

“Həyat elə gətirdi ki, mən kənd təsərrüfatı sahəsi üzrə təhsil almalı oldum. Amma ən böyük arzum rəssam olmaq idi. Təbiət mənzərələrini çox sevirəm. Həmişə arzulamışam ki, gördüyüm ecazkar mənzərələrin rəsmini çəkim, onları özüm gördüyüm kimi tabloya köçürüm. 2000-ci ildə nəhayət işə başladım”.

İlk qəhrəman…

Doğulduğu Ləkit kəndinin, Qaxın bənzərsiz təbiət gözəllikləri, kənd mühiti, əmək adamları onun rəngkarlıq əsərlərinin əsas mövzusunu təşkil edir. Həvəskar rəssam kənd mövzusunda bir sıra maraqlı əsərlər yaradıb, doğma diyara olan sevgisini tablolara köçürür. Onun emalatxanasına daxil olanda bir daha bunları görmək mümkündür.

İlk vaxtlar yalnız xəyalında canlandırdığı mövzuları kətan üzərinə köçürərmiş. Lakin peşəkar rəssamlar ona mövzuları xəyali deyil, canlı təbiətdən götürməyi məsləhət görür. Rövşən bu məsləhətə qulaq asır, çəkdiyi rəsmləri Bakıya apararaq tanınmış rəssamlara təqdim edir, onlardan faydalı məsləhətlər alır.

“Əsasən təbiət mənzərələri çəkəndə çalışmışam ki, onların səhər tezdən cizgilərini eləyim. Səhər günəş dağın arxasından çıxanda təbiət həm təmiz olur həm də gözəl görünür. Burda həm işıq, həm də kölgə əla görünür. İşıqla –kölgəni düzgün verəndə əssər yaxşı alınır”… \\Bizim.Media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR