Qaxda göbələkdən zəhərlənən 2 uşaq ölüb
2021-10-20 11:04:00
Qaxda bir ailənin bir neçə üzvü göbələkdən zəhərlənib.
Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tasmaslı kəndində qeydə alınıb.
Kənd sakini Mübariz Qasımov, onun oğlu 12 yaşlı Murad Qasımlı və 9 yaşlı qardaşı oğlu İbrahimxəlil Qasımzadə göbələkdən xəstələnmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti ağır olduğundan Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.
Zəhərlənən 12 yaşlı M. Qasımlı xəstəxanaya çatan zaman, 9 yaşlı İ. Qasımzadə isə gecə saatlarında dünyasını dəyişib.