Saat:10:03
Haqqımızda

Qaxda ağır qəza: sürücü və iki sərnişin öldü

2024-06-29 21:29:31

Qaxda ağır qəza: sürücü və iki sərnişin öldü

Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.Az-ın Report.Az-a istinadən məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və bir sərnişin hadisə yerində ölüb. Daha bir sərnişin isə Qax Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.296557