Saat:08:43
Haqqımızda

Qaxda 4 rayonda oğurluq edən şəxslər saxlanılıb - FOTO

2021-10-15 16:34:00

Qaxda 4 rayonda oğurluq edən şəxslər saxlanılıb - FOTO

Qax Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən pul, tütün məmulatları və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğu üçün elektron qolbaqla təchiz edilən  Xaçmaz rayon sakini İsa Kərimov  və  Qax şəhər sakini olan yetkinlik yaşına çatmayan qız saxlanılıb. Onlarla əlbir olan digər iki nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma zamanı həmin şəxslərin Qax şəhəri ərazisindəki evlərin birindən tir tüfəngi, eləcə də Bərdə, Xaçmaz və Zaqatala rayonlarında yerləşən mağazalardan, evlərdən pul və ərzaq məhsulları oğurladıqları da məlum olub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, digər iki nəfərin saxlanılması istiqamətində zəruri əməliyyat- istintaq tədbirləri davam etdirilir.

İsa Kərimov ( saxlanılan şəxs )

Yetkinlik yaşına çatmayan ( saxlanılan şəxs )

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR