Saat:12:53
Haqqımızda

Qaribaşvili səfirimizlə görüşdü - Foto

2024-04-22 19:39:25

Qaribaşvili səfirimizlə görüşdü - Foto

Aprelin 22-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iqtidarda olan Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının sədri İrakli Qaribaşvili ilə görüşüb.

Görüşdə Gürcüstan ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri, müxtəlif sahələrdə strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri, eləcə də regionda gedən proseslər diqqət mərkəzində olub.

Söhbət zamanı regionda sülhün və sabitliyin vacibliyi vurğulanıb.

Faiq Quliyev İrakli Qaribaşviliyə Baş nazir olduğu dövrdə Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərinə görə təşəkkür edib.

Partiyanın sədri Gürcüstan və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkür edib. \\Axar.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194569