Saat:05:00
Haqqımızda

"Qaribaşvili seçkiyə hazırlaşır, "Gürcü Arzusu" partiyasını seçkilərə aparır" - NATİQ CƏFƏRLİ

2024-01-30 12:20:18

"Əgər payızda partiya qalib gəlib hökumət formalaşdırmaq şansı qazansa, Qaribaşvili yenidən baş nazir olacaq"

"Azərbaycanda bir çox saytlar Gürcüstanın baş naziri Qaribaşvilinin istefa verməsini sensasiyaya çeviriblər. Hətta "yəqin Qərb təzyiq edib" və ya "yox e, Putin deyib ki, getsin, o da gedir", deyən, yazan-çizənlər də var. Məsələ isə çox sadədir. Gürcüstanda payızda parlament seçkiləridir, tam proporsional və barajsız keçiriləcək seçki olacaq, qonşumuz artıq tam parlament respublikası modelinə keçib. Qaribaşvili fevralın 1-də "Gürcü Arzusu" partiyasının konqresində sədr olacaq və məhz onun rəhbərliyi ilə partiya seçkilərə gedəcək. Yəni, Qaribaşvili seçkiyə hazırlaşır, partiyanı o seçkilərə aparır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, əgər payızda "Gürcü Arzusu" qalib gəlib hökumət formalaşdırmaq şansı qazansa, Qaribaşvili yenidən baş nazir olacaq: "Saakaşvilini bəyənə-bəyənməyə bilərsiz, söyə-sevə bilərsiz, amma adamın ən böyük tarixi nəaliyyəti o oldu ki, Gürcüstanda siyasi elita anlaşdı. Saxta seçki ayıbdır, millətə təhqirdir, yəni, seçkiyə qədər nə olursa-olsun, amma səslər düz sayılsın. Bu istənilən xalq-cəmiyyət üçün böyük işdir, əsl sosial-siyasi müqavilədir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.153270