Qaribaşvili: “Aİ-dən Gürcüstana qarşı ədalət gözləyirik”

2022-06-11 15:27:00

Qaribaşvili: “Aİ-dən Gürcüstana qarşı ədalət gözləyirik”

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qariaşvili Avropa İttifaqının Gürcüstanla bağlı ədalətli qərar verəcəyini gözlədiklərini bildirib.

Qaribaşvili deyib: “Biz layiq olmadığımız heç nəyi istəmirik. Biz xidmətlərimizi qiymətləndirən qərarın verilməsini tələb edirik. Ədalətli münasibət, hörmət göstərilməsini tələb edirik. İyunun 17-də Avropa Komissiyasının iclası olacaq və 22-23 iyun tarixində yekun qərar veriləcək. Bu qərarı gözləməyə çağırıram”.

Qaribaşvili qeyd edib ki, Avropa İttifaqının qərarı ədalətsiz və “Gürcüstan xalqı üçün təhqiredici” olsa, Nazirlər Kabineti xüsusi bəyanat verəcək. Baş nazir namizəd statusunu almaq üçün Gürcüstanın çox şey etdiyini, lakin, istlahatların hələ tam başa çatmadığını söyləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya