Saat:21:02
Haqqımızda

Qardaşının əməliyyat kağızı ilə təqaüdə çıxdı... ASTARA SAKİNİ POLİS ZABİTİ HAQDA ŞOK İDDİALAR İRƏLİ SÜRÜR / VİDEO

2024-04-17 11:23:24

Qardaşının əməliyyat kağızı ilə təqaüdə çıxdı... ASTARA SAKİNİ POLİS ZABİTİ HAQDA ŞOK İDDİALAR İRƏLİ SÜRÜR / VİDEO

Astara rayonu, Siyakü kənd sakini Muradov Arif Şahismayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, Qurbanov Bəhruz Osmanağa oğlu və qardaşı Qurbanov Ağahüseyn Osmanağa oğlundan şikayətçidir: 

“Mən, Muradov Arif Şahismayıl oğlu, yazaraq bildirirəm ki, Qurbanov Bəhruz Osmanağa oğlu və qardaşı Qurbanov Ağahüseyn Osmanağa oğlunun başıma açmadığı oyun qalmayıb. Mənə şər-böhtan atıblar. Hansı quruma müraciət etsəm də, şikayətimə baxılmır, əhəmiyyətsiz sayılır. Ona görə sizin redaksiyaya üz tütdum. 
Bildirirəm ki, Qurbanov Bəhruz Osmanağa oğlu Lənkəran rayonunda polis zabiti vəzifəsində işləyir. O, qardaşı Qurbanov Ağahüseynin şəxsiyyət vəsiqəsi ilə əməliyyat olunub. Mən, bu faktın arxasında cinayət işinin olmasından şübhələnirəm.
Ağahüseyn Astara rayon Yanğınsöndürmə Məntəqəsində rəis müavini vəzifəsində işləyirdi. Bəhruz əməliyyat olunan vaxt təqaüdə çıxdı. Belə başa düşürük ki, o, qardaşı Bəhruzun əməliyyat kağızı ilə təqaüdə çıxdı. Necə deyərlər, “bir atışda iki dovşan vurdular”. Bütün səlahiyyətli qurumların bu hadisədən xəbəri olmalıdır. 
Həmin sənədlərlə təqaüdə çıxmayıbsa belə, ortaya bir sual çıxır, Bəhruz Qurbanov özünü niyə Daxili İşlər Nazirliyindən gizlədir və Ağahüseynin adından danışır?!

Onu da deyim ki, Bəhruz Qurbanov ermənilərdən qənimət kimi götürülən "Qaz 66" markalı avtomobili yaşadığı evinə gətirərək, fərdi təsərrüfatında istifadə edirdi. Lakin 25 noyabr 2023-cü il tarixində hərbi polis əməkdaşları tərəfindən onun evinə baxış keçirilərək, maşını sübut kimi götürüb apardılar. İndi isə Qurbanovlar ailəsi mütəmadi olaraq mənə və ailə üzvlərimə təzyiq göstərirlər ki, həmən qənimət olan maşını mənə pul müqabilində qaytarırlar, bu səbəbdən də bizdən 30 min pul tələb edirlər. Deyirlər ki, siz şikayət etdiyiniz üçün maşını aparıblar.
Qeyd edim ki, Bəhruz Azərbaycanda heç bir ali təhsil almayıb. Uzun illər Rusiyada olub. 
Deyir ki, guya, Rusiyada təhsil alıb. Bir neçə il Lənkəran rayonunda mühafizəçi işlədi, sonra necə oldusa "serjant" rütbəsindən birbaşa "baş leytenant" rütbəsi aldı. Onun diplomu araşdırılsa, görülər ki, həqiqətən də saxtakarlıq var. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. Şikayətçinin redaksiyamıza təqdim etdiyi video-materialı da dərc edirik:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204892