Saat:04:06
Haqqımızda

"QARDAŞIMI MAŞINLA VURUB ÖLDÜRƏN ŞƏXS CƏZASIZ QALIB" - Naxçıvan sakini rəsmi qurumlardan şikayətçidir

2024-04-12 12:02:02

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qardaşını öldürən şəxs azadlıqda gəzir: 

“Mən, Quliyev Ramiz Bədir oğlu, yazaraq bildirirəm ki, 06.10.2023-cü ildə, axşam saat 11 radələrində qardaşım Quliyev Tofik Bədir oğlu Dəmirçi kənd mərkəzində yerləşən mağazaya gedərkən arxadan yüksək surətlə QAZ 31-10 markalı maşın vuraraq, ona ağır xəsarət yetirmişdir. Qəzanı törədən şəxs Maxe Yusifli Yusuf Nəcəb oğlu hadisədən sonra qardaşıma heç bir kömək etməmişdir. Onu 40 metr məsafə boyunca maşının üstündə apararaq, avtoxuliqanlıq etmişdir. Nəticədə qardaşım kəllə-beyin travması almışdır.

Hadisə yerinə gələn kənd sakinləri təcili yardım çağırıblar. Təcili yardımla qardaşımı Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 6 gün reanimasiya şöbəsində ağır vəziyyətdə saxlanılmışdır. Həkimlərin səylərinə baxmayaraq, oktyabr ayının 12-də vəfat etmişdir.

Bu hadisədən sonra bizimlə heç kəs maraqlanmayıb. 8-9 gün sonra atamla biz Sədərək rayon Polis şöbəsinə getdik və yazılı şəkildə şikayət etdik. Sədərək rayon Polis şöbəsinin təhqiqatçı, leytenant Ələsgər Məhərrəmov bizdən izahat götürdü. 2 aydan artıq araşdırma sürdü. Atam Quliyev Bədir İsmayıl oğlu hər dəfə Polis şöbəsinə gedəndə "2 günə hər şey yolunda olacaq" deyilirdi. Yəni Məhərəmov Ələsgər Hidayət oğlu atamı aldadıb yola salırdı.

2-3 ay sonra işi Hərbi Prokurorluq təhvil aldı. İstintaq aparıb, hərbi məhkəməyə verdilər. Məhkəmə isə hələ ürəkaçan bir qərar verməyib. Cinayətkar hal-hazırda öz evində, azadlıqda yaşayır. Fakt olaraq avtoxuliqanlıq edərək cinayət törətmiş şəxsə cəza verilmir, azadlıqda gəzir. Hansı səbəbə və yaxud da kimə görə bu hadisənin üstünü bağlamağa çalışırlar?! 

Məhkəmə zamanı bəlli oldu ki, leytenant Məhərəmov Ələsgər Hidayət oğlu yalançı şahidlər tutaraq, işin ədalətli getməsinə mane olur. Buna səbəb də aralarında olan qohumluq münasibətidir. Deməli, işi necə qurublarsa Naxçıvan Muxtar Respublikası Vəkillər kollegiyasının sədri Həsənov Vüsal Hidayət oğlu kabinetində şəxsən məndən 500 manat pul alaraq, vəkillik edəcəyinə söz vermişdir. Lakin məhkəmə günü məhkəmədə iştirak etmədi. Məhkəmə bitəndən sonra bildirdi ki, mən Türkiyədəyəm. Məhkəməni aparan hakim Orucalıyev Abil Elmar oğlu, katib isə Elyar Toğrul Mahmud oğludur.

Ortada ölüm işi var, səlahiyyətli qurumlardan xahiş edirəm ki, cinayətkar öz cəzasını alsın. Mən kimisə maşınla elə vurub öldürsəm, mənə ağır cəza verilər. Bəs onun məndən fərqi nədir?! Xahiş edirəm, nəzərə alın".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.225484