Qardaş ölkəni sel apardı – həlak olanlar var
2022-08-13 15:24:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Pakistanın Belucistan vilayətində baş verən sel fəlakəti nəticəsində 8 nəfər həlak olub.
Səlahiyyətli orqanlar Belucistanın Ketta şəhərində şiddətli yağışların davam edəcəyini bildiriblər. Sel səbəbindən ölkənin Hayber Pahtunhva vilayəti ilə Gilgit Baltistan bölgəsi arasında gediş-gəliş kəsilib. Sind vilayətində də Leysan yağışların davam edəcəyi bildirilir.
Sind vilayətinin Karaçi şəhərində isə sel səbəbindən su altında qalan yollarda nəqliyyatın hərəkəti iflic olub.
Hürr Tərcüman