Saat:18:50
Haqqımızda

Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR - Çox sayda yaralı var

2025-02-16 23:53:59

Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR - Çox sayda yaralı var

Türkiyənin Təkirdağ şəhərinin Muradlı rayonunda fabrika işçilərini daşıyan xidməti mikroavtobusun aşması nəticəsində 25 nəfər yaralanıb.

Bu barədə İHA məlumat yayıb.

“Qəza saat 15:30 (Bakı vaxtı ilə 16:30 – red.) radələrində Muradlı – Böyükqarışdıran şosesində kimya zavodu yaxınlığında baş verib. İddiaya görə, boyaxananın işçilərini daşıyan sərnişin mikroavtobusu yağışlar səbəbindən sürüşkən olan yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və avtobusdakı 24 işçi yaralanıb”, – agentliyin məlumatında qeyd olunub.

Bildirilib ki, məlumat əsasında hadisə yerinə altı təcili yardım və iki yanğınsöndürən maşını göndərilib. \\Ölkə.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.243559