Saat:19:36
Haqqımızda

Qardaş Aktauda bayram mərasimi ləğv edildi - şəhərdə matəm elan edilib

2024-12-27 16:09:00

Qardaş Aktauda bayram mərasimi ləğv edildi - şəhərdə matəm elan edilib

Hurriyyet.az xəbər verir ki, AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar qardaş Qazaxıstan Respublikasının Aktau şəhərində Yeni il şam ağacının işıqlarının yandırılması mərasimi ləğv edilib.
Bu barədə "Sputnik Kazaxıstan" agentliyi məlumat verib.
Bəlli olduğu kimi, Bakı-Qroznı marşrutu ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Rusiya Federasiyası (Çeçenistan) səmasında vurularaq Qazaxıstana üz tutub. Zədəli təyyarə Aktau ərazisinə enərkən qəzaya uğrayıb. Heyət üzvlərinin və sərnişinlərin bir qismi həlak olublar. 
Faciə ilə əlaqədar şəhərdə matəm elan edilib. Həlak olanların xatirəsinə hörmət naminə bayram tədbirlərini ləğv eləmək qərara alınıb. 
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.170305