Saat:04:21
Haqqımızda

Qarabağlı “nazir“ azərbaycanlılarla görüşüb?

2023-05-01 12:13:00

Qarabağlı “nazir“ azərbaycanlılarla görüşüb?

“Azərbaycanlılar tərəfindən paylaşılan videoda “Artsax vətəndaşları”nın Həkəri çayı üzərində yerləşən Azərbaycan nəzarət-buraxılış məntəqəsindən pasport və avtomobil yoxlanışı ilə necə keçdiklərini əks etdirən videoya cavab olaraq, “Artsax”ın “dövlət naziri” azərbaycanlılarla görüşdüklərini qeyd edib”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin deputatı Tiqran Abramyan sosial şəbəkə hesabında yazıb.

Deputat əlavə edib: "Vətəndaşlar” Ermənistan Respublikasından yaşayış yerinə qayıdarkən keçid məntəqəsində azərbaycanlılar tərəfindən lentə alınıblar. Mənə elə gəlir ki, “dövlət naziri”nin “Azərbaycan nümayəndələri ilə görüşmüşük” ifadəsi inandırıcı deyil. Çünki bir həftə ərzində mətbuatda, o cümlədən sosial şəbəkələrdə Azərbaycanın qurduğu nəzarət-buraxılış məntəqəsi ilə bağlı minlərlə material, video və fotoseriallar yayılıb. Çətin ki, həmin hissədən keçən Qarabağ erməniləri bundan öncədən xəbərsiz olsunlar.

Ən əsası isə Ermənistandan Qarabağa daxil olarkən Azərbaycanın quraşdırdığı keçid məntəqəsinə qədər körpünün üzərində “Artsax polisləri” növbətçilik edir. Ona bitişik ərazilərdə – çayın digər sahilində isə Ermənistan Respublikasının sərhəd qoşunları növbətçilik edir. Deməli, onlar təbii olaraq vəziyyətdən xəbərdar olublar.

Bütün bunlar onu göstərir ki, problem “Artsax xalqın”da deyil, “Artsax hakimiyyəti”ndədir".

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.186102