“Qarabağ”ın rəqibi məlum OLDU

2022-07-28 09:00:00

“Qarabağ”ın rəqibi məlum OLDU

"Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Hurriyyet.az xəbər verir ki, Azərbaycan çempionu “Ferensvaroş”la görüşəcək.

Təmsilçimizin rəqibi Slovakiyada bəlli olub. Macarıstanda “Ferensvaroş”a 2:1 hesabı ilə qalib gələn “Slovan” ev sınağına çıxıb. 4:1 hesabı ilə qalib gələn qonaqlar III təsnifat mərhələsinə yüksəlib.

Mərhələnin görüşləri avqustun 2-3-də və 9-da baş tutacaq. Ağdamlılar ilk oyunu səfərdə keçirəcək.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Sürix”i mübarizədən kənarlaşdırıb – 3:2, 2:2.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.051901