"Qarabağ"ın rəqibi ilə oyunda qanunazidd hərəkətlərə yol vermiş klub cəzalandırılıb

2022-07-29 20:45:00

UEFA İntizam Komitəsi "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş"la oyunda qanunazidd hərəkətlər etmiş "Slovan" klubunu cəzalandırıb.

Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş tərəflərin ilk oyununda qonaq komandanın azarkeşləri irqçi hərəkətlərə yol verdiyinə görə Bratislava klubu 40 min avro məbləğində cərimələnib. Bunun 25 min avrosu meydana yad əşyalar atmağa, 15 min avrosu pirotexniki vasitələrdən istifadəyə görədir.

Bundan başqa, "Slovan" 11 avqustda "Olimpiakos"la (Yunanıstan) keçirəcəyi ev matçında C tribunasına azarkeş buraxa bilməyəcək. Həmin sektorda UEFA-nın emblemi və #NoToRacism sözü yazılmış şüar yer alacaq.

Həmçinin, Afinadakı matçda da qonaq sektoruna slovakiyalı azarkeşlər buraxılmayacaq. Bu hal bir daha təkrarlanacağı halda, "Slovan" azarkeşləri 2 il müddətinə heç bir səfər görüşlərinə buraxılmayacaq.

Qeyd edək ki, sözügedən görüşdə qonaq komanda 2:1 qalib gəlsə də, "Ferentsvaroş" Bratislavada "Slovan"ı 4:1 məğlub etməklə "Qarabağ"a rəqib olub. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.082626