“Qarabağ”ın Kadini satdığı məbləğ AÇIQLANDI - Azərbaycan futbolunda İLK YAŞANDI

2023-01-04 22:03:00

“Qarabağ”ın Kadini satdığı məbləğ AÇIQLANDI - Azərbaycan futbolunda İLK YAŞANDI

Xəbər verdiyimiz kimi, “Qarabağ” futbol klubu Kadi Borgesin “Krasnodar”a transfer olunduğunu rəsmən açıqlayıb.

Hurriyyet.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, transfer Ağdam klubuna 5 milyon dollar qazandıracaq.

Belə ki, braziliyalı futbolçu ilə yayda bağlanmış müqavilənin şərtlərinə əsasən, hər hansı bir klub qeyd olunan məbləği təklif edəcəyi halda Kadini transfer etmək hüququna sahib olacaqdı. “Krasnodar” da müqavilədəki bu bənddən yararlanıb.

Qeyd edək ki, Kadinin transferi ilə “Qarabağ” Azərbaycan futbolunda tarixi rekorda imza atıb. Belə ki, indiyədək heç bir xarici klub Azərbaycandan transfer etdiyi futbolçuya bu qədər məbləğ ödəməmişdi.

Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.148998