Saat:03:24
Haqqımızda

"Qarabağ"ın futbolçusu Əlcəzair millisində qol vurdu (VİDEO)

2024-03-23 20:17:03

Əlcəzair millisi "FİFA series - Edition 2024” layihəsi çərçivəsində evdə Boliviya ilə qarşılaşıb.

Matçda Əlcəzair millisi 3:2 hesablı qələbə qazanıb.

"Qarabağ"ın futbolçusu Yassin Benzia da Əlcəzair millisinin heyətində bu görüşdə iştirak edib. 29 yaşlı yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub. O, 79-cu dəqiqədə komandasının 2-ci qolunu vuraraq hesabı bərabərləşdirib.  90+4-cü dəqiqədə Əlcəzair qələbə qolunu rəqib qapısından keçirib.

Qeyd edək ki, Yassin Benzia 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb.

Əlcəzair - Boliviya 3:2

Qollar: Amin Juri, 43. Yassin Benzia, 79. Mandi, 90+4 - Əlqaramaz Anez, 47. Saqredo, 70.

Benzianın qoluna videonun 7:20-ci dəqiqəsindən etibarən baxa bilərsiniz.

 

Qaynarinfo.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.462856