"Qarabağın dağlıq hissəsi terror yuvasına çevrilməkdədir" - ZAUR MƏMMƏDOV

"Bu kimi amillər Azərbaycan ordusuna hərbi əməliyyatlar keçirməyə yetərli qədər əsas verir"
"Beynəlxalq təşkilatlar və dialoqda yer alan aktorlar susmamalıdırlar. Qarabağın dağlıq hissəsi terror yuvasına çevrilməkdədir". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Bakı Politoloqlar Klubunun rəhbəri qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumata görə, Xocavənddə sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları olan mülki şəxslər 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub: "Faktla bağlı cinayət işi başlayıb. Bu kimi amillər Azərbaycan ordusuna hərbi əməliyyatlar keçirməyə yetərli qədər əsas verir. Dünya birliyi terrora qarşı mübarizə aparmalıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya